Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.
Bədii gimnastların fərdi çıxışından sonra ölkə yekun sıralamada birinci olub.
Azərbaycan 252.300 xalla bütün iştirakçı komandaları qabaqlayıb.
Bu, ölkənin İslamiadada qazandığı 11-ci qızıl medaldır.
Milli.Az