İslamiada: Azərbaycan 10-cu qızıl medalı qazanıb

13 Avqust 2022 19:41

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb.

Jalə Əliyeva (57 kq) finalda Ester Kolavoleyə (Nigeriya) 14:6 hesabı ilə qalib gələrək qızıl medalı əldə edib.

Bu, güləşçilərimizin 7-ci, ümumilikdə Azərbaycanın 10-cu qızıl medalıdır.

Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının bürünc medalçısı Murad Məmmədov (60 kq) isə bu dəfə də qızıl medal qazana bilməyib. O, finalda Jolaman Şarşenbəyova (Qırğızıstan) uduzaraq gümüş medalla kifayətlənib.

Milli.Az