Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - FOTO

13 Avqust 2022 17:32

Rusiya Federasiyasının Moskva şəhərində "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin "Fərdi sürmə" mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.

Milli.Az