Zaur Kamaldan təsirləndirən paylaşım: "Ataya, anaya qalan ..." - VİDEO

14 Avqust 2022 16:00

Aparıcı Zaur Kamal sosial şəbəkədə duyğusal paylaşım edib.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, aparıcı şəxsi instaqram hesabında türkiyəli əsgərlərin azyaşlı övladları ilə görüşmə anını əks etdirən kadrlar paylaşıb. Görüntülərdə hərbçilərdən biri qızı, digər isə oğlu ilə görüşüb. 

Zaur videoya "Qız övladına bax, atasına sarılıb ağlayır. Arxadakı oğul övladı əlini yanına sallayıb. Ona görə deyiblər ki, ataya, anaya qalan qız övladıdır" şərhini qeyd edib.

Xatırladaq ki, Zaur Kamal sonuncu dəfə kiçik oğlu Rüstəmə ad günü etməsi xəbərləri ilə gündəmə gəlib. 

Milli.Az