Dəriyə qulluğun ən sadə üsulu

14 Avqust 2022 15:15

Çobanyastığının sakitləşdirici təsiri ilə yanaşı o dərini nəmləndirir, iltihabla mübarizə apararaq onu qoruyur. Bu bitki bütün dəri tipləri üçün əlverişlidir. 

Milli.Az Axşam.az-a istinadən çobanyastığını dəmləyərək dərinizə qulluq edə biləcəyiniz ən sadə üsulu təqdim edir.

Qurudulmuş çobanyastığı çiçəklərini dəmləyin, sonra süzün və otaq temperaturunda soyudun. Həmin suyu üz və boyun üçün tonik kimi istifadə edin. Gündə iki dəfə təmiz cildə çəkin, daha sonda qidalandırıcı kremdən ​​istifadə edə bilərsiniz.

Digər bir üsul isə həmin dəmlənmiş çobanyastığı çayını dondurub, səhərlər buz parçaları ilə dərini masaj etməkdir. Bu həm də şişkinliyi azaltmağa yardımçı olacaq.

Milli.Az