Salman Rüşdini bıçaqlayan gəncin FOTOsu

13 Avqust 2022 12:02

Xəbər verdiyimiz kimi, hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. Onu Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matar bıçaqlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, xarici mediada polis tərəfindən saxlanılan cinayətkarın fotoları yayımlanıb.

Qeyd edək ki, hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O danışa bilmir, qaraciyəri zədələnib. Rüşdi gözünü itirə bilər.

Milli.Az