Rusiya bu əraziləri özünə birləşdirir - ABŞ

14 Avqust 2022 06:31

ABŞ Donbasın Rusiya Federasiyasına birləşdirilməsini tanımır və mümkün referendumun nəticələrini rədd edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin adı çəkilməyən yüksək çinli məmuru ölkə mediasına deyib.

O bildirib ki, Ukraynanın bəzi ərazilərinin Rusiyaya ilhaqı BMT Nizamnaməsinə ziddir:

"Kəşfiyyatımız Rusiyanın Xerson, Zaporojye və qondarma "dxr" və "lxr"də referendum planlaşdırdığını təsdiqləyir. Biz Rusiyanın nəticələri manipulyasiya edəcəyini və ukraynalıların Rusiyaya qoşulmaq istədiklərini barədə yalan fikirlər səsləndirəcəyini gözləyirik".

Rəsminin sözlərinə görə, Donbasın Rusiyaya birləşdirilməsi Rusiya və Ukrayna arasındakı münaqişənin diplomatik yolla həllini daha da çətinləşdirəcək.

Milli.Az