Suraxanıda yolu keçən gənci avtomobil vurub

13 Avqust 2022 08:07

Bu gecə Bakıda 22 yaşlı gənc oğlanı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

2000-ci təvəllüdlü Əliyev Şamil Şirin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Milli.Az