Tramp: FTB siyasət oynamadan sənədləri istəyə bilərdi!

13 Avqust 2022 08:24

Aşkar edilmiş sənədlər məxfilikdən çıxarılmışdı və axtarış aparıb onları ələ keçirməyə ehtiyac yox idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp deyib.

O, Floridadakı mülkündə axtarışlar zamanı tapılan sənədləri Federal Təhqiqat Bürosuna (FTB) könüllü olaraq verməyə hazır olduğunu bildirib:

"Onlar siyasət oynamadan və Mar-a-Lagoya girmədən istənilən vaxt bunu əldə edə bilərdilər. FTB bu sənədləri təhvil verməyi yalnız xahiş etsəydi, kifayət idi".

Qeyd edək ki, FTB sabiq prezidentin evində 11 məxfi sənəd aşkarlayıb.

Milli.Az