Abşeronda ər həyat yoldaşını bıçaqlayıb

13 Avqust 2022 08:40

Xırdalan şəhərində ailə-məişət zəmnində dava düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri Heydər Əliyev küçəsində yerləşən binada baş verib.

1988-ci il təvəllüdlü Əliyeva Pəri İbrahim qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az