ABŞ Krıma hücum etmək üçün Ukraynaya silah verməyib

13 Avqust 2022 08:48

"Birləşmiş Ştatlar Ukraynaya Krımdakı aerodroma zərbə endirə biləcək heç bir silah vermədi".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu avqustun 12-də keçirilən qapalı brifinqdə Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

O, əlavə edib ki, ABŞ-ın aerodromdakı hücumun raketlərlə həyata keçirildiyini göstərəcək sübutu yoxdur.

Xatırladaq ki, avqustun 9-da Krım yarımadasının Novofedorovka hərbi aerodromunda partlayışlar baş verib.

Milli.Az