Bayden Cinpinlə nə zaman görüşəcək?

13 Avqust 2022 07:25

Hazırda Çin prezidenti Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında əyani görüşün keçirilməsi ilə bağlı konkret razılaşma yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit Okean Regional Məsələləri üzrə Koordinatoru Kurt Kempbel jurnalistlər üçün xüsusi brifinq zamanı deyib.

"Təsdiq edə bilərəm ki, iki lider bu yaxınlarda baş tutan sonuncu danışdıqları zaman üzbəüz görüşün mümkünlüyünü müzakirə ediblər və komandalarının bunu müzakirə edəcəyinə razılaşıblar. Mümkün görüşün tarixi və ya yeri ilə bağlı təfərrüatlar baxımından bundan başqa bir şeyimiz yoxdur", - deyə K.Kempbel bildirib.

Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən Si Cinpinlə Co Bayden arasında görüşün hazırlandığını bildirmişdi.

Milli.Az