Rusiyada hər kəsin gözü qarşısında beşmərtəbəli yaşayış binasının bir tərəfi uçdu - VİDEO

13 Avqust 2022 13:07

Rusiyanın Omsk şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, qurbanlar var, dağıntılar altında bir uşağın qaldığı deyilir.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və həkimlər işləyirlər, bütün sakinlər təxliyə olunublar, ərazi hasarlanıb.

Milli.Az