Arvadından boşanmaq istəyən kişi qayınları tərəfindən bıçaqlandı - VİDEO

13 Avqust 2022 12:37

Türkiyənin Malatya şəhərində həyat yoldaşı ilə ayrılmaq mərhələsində olan 27 yaşlı şəxs qayınları tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insidentin əvvəli mağazalardan birinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Dava nəticəsində bıçaq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən iki qardaş saxlanılaraq istintaqa cəlb edilib.

Milli.Az