İranda zəlzələ olub

12 Avqust 2022 23:27

İranın Gilan əyalətində zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanlar Gilan əyalətinin Rizvanşəhr yaxınlığında 4,3 bal gücündə qeydə alınıb.

Zəlzələ yerin 23 kilometr dərinliyində baş verib.

Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az