4 otaqlı ev yanıb

12 Avqust 2022 23:14

Qax rayonunun Almalı kəndində ümumi sahəsi 117 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və 1 otağının alçipandan ibarət tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az