FTB Trampın evindən 11 məxfi sənəd tapıb

12 Avqust 2022 22:19

ABŞ-ın sabiq prezidenti, Donald Trampın malikanəsində axtarışlar zamanı 11 məxfi sənəd tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" xəbər yayıb.

Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı araşdırma zamanı sənədlərin bəzliərində "tam məxfi" sözləri qeyd olunub.

Günün əvvəlində FTB-nin Trampın mülkündə nüvə silahı ilə bağlı məxfi sənədlər üçün axtarış apardığı bildirilmişdi.

Avqustun 8-də yüzə yaxın FTB əməkdaşı Trampın Mar-a-Laqodakı mülkünə basqın edib.

Axtarışlar eks-prezidentin Ağ Evdən götürdüyü iddia edilən sənədlərlə bağlı ola bilər. Bununla belə, Vaşinqton vəziyyətdən xəbərsiz olduğunu bildirib.

Milli.Az