Azərbaycan güləşçisi İslamiadada qızıl medal qazanıb

12 Avqust 2022 21:34

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, finalda 6:3 hesabı ilə Qırğızıstan idmançısı Kalidin Asıkeyevə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az