Azərbaycan idmançısı İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb - FOTO

12 Avqust 2022 20:46

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, İran idmançısı Məhəmməd Rüstəmiyə 9:8 hesabı ilə uduzub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az