Qadın güləşçimiz İslamiadada ikinci olub

12 Avqust 2022 20:11

Azərbaycan güləşçisi Elis Manolova V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Qazaxıstan idmançısı Yelena Şalginaya uduzub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az