Azərbaycan idmançısı İslamiadada bürünc medal qazanıb

12 Avqust 2022 19:50

Azərbaycan idmançısı Elnurə Məmmədova V İslam Həmrəyliyi Oyunlarında güləş üzrə bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Tunis idmançısı Fate Hammamiyə 11:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az