Eldəniz Əzizov İslamiadada qızıl medal qazanıb - FOTO

12 Avqust 2022 19:07

Azərbaycan güləşçisi Eldəniz Əzizov V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, özbək idmançısı Cəsur Ortikboyevə 10:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az