Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

12 Avqust 2022 15:38

Prezident İlham Əliyev Azərpaşa Nemətovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərpaşa Zəfər oğlu Nemətov "Şərəf" ordeni ilə təltif edilir.

Milli.Az