Çox asan və ləzzətli çiyələkli piroq

23 Avqust 2022 20:30

Bu dadlı ətirli çiyələk piroqu çox tez və asan bişirilir.

Hətta heç bir təcrübəsi olmayan cavan ev xanımı bu piroqun öhdəsindən gələ bilər.

Lazım olan məhsullar:

- Un - 2,5 stəkan

- Yumurta - 1 ədəd

- Kərə yağı - 200 qr

- Şəkər tozu - 1 stəkan

- Qabartma tozu - 1 bağlama

- Vanilin - 1 bağlama

- Çiyələk - 300 qr

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə yaxşı qarışdırılır, yumurta əlavə olunur və yenə qarışdırılır.

2. Un qabartma tozu ilə qarışdırılır və yağlı-yumurtalı kütləyə əlavə olunur, vanilin əlavə olunur və xəmir yoğrulur. Xəmir əllərə yapışmamalıdır.

3. Xəmir iki yerə bölünür (biri daha böyük, biri kiçik) və soyuducuda 1 saat ərzində saxlanılır.

4. Çiyələk yuyulur, təmizlənir.

5. Tavaya perqament kağızı sərilir, üzərinə xəmir qoyulur (daha böyük olan hissə) və əllə hamarlanır.

6. Xəmirin üzərinə 4 yerə bölününmüş çiyələklər düzülür, üzərinə 2 xörək qaşığı nişasta  və 1 xörək qaşığı şəkər tozu tökülür. (Nişasta çiyələk şirəsinin axmasının qarşısını alır).

7. Xəmirin qalmış hissəsini sürtgəcdən keçirin və çiyələyin üzərinə səpin.

8. Sobanı əvvəlcədən 1800C kimi qızdırın və piroqu qızıl rəng alana kimi bişirin.

Nuş olsun!

Milli.Az