Polis idarəsinin rəisi özünü güllələdi

12 Avqust 2022 20:18

Rusiya Daxili İşlər Nazirliyinin Kirinski rayonu üzrə Zabaykalyada yerləşən "Akşinski" polis idarəsinin rəisi ov edərkən ehtiyatsızlıqdan özünü güllələyib.

Milli.Az bildirir ki, bu barədə "SHOT" telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, 36 yaşlı polis Kıra kəndindən təxminən 200 kilometr aralıda dostları ilə ova çıxıb və orada təsadüfən ov karabini ilə qarnına atəş açıb.

Yaralı təyyarə ilə xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanının əməkdaşı baş verənlərdə heç kimin günahının olmadığını deyib - o, təsadüfən özünü vurub. Tibb müəssisəsində zərərçəkən əməliyyat olunsa da, bir müddət sonra dünyasını dəyişib. Polis 2003-cü ildən yerli polis idarəsində çalışır, iki il şöbəyə rəhbərlik edib.

İrfan Vəliyev
Milli.Az