Türkiyə kəşfiyyatı İran əsilli terrorçunu məhv etdi

12 Avqust 2022 13:07

Türkiyənin Milli Kəşfiyyat İdarəsi Suriyada növbəti antiterror əməliyyatı keçirib.

Milli.Az "report"a istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Yusif Mehmud Rebani zərərsizləşdirilib.

O, PKK-nın "əyalət səlahiyyətlisi" olub. Terrorçunun əslən İrandan olduğu bildirilib.

Milli.Az