Kişi 7 aylıq körpəyə elektron siqaret verib - VİDEO

12 Avqust 2022 19:27

23 yaşlı malayziyalı gəncin uşağa elektron siqaret verdiyi videonun internetdə yayılmasından sonra həbs edilib.

Milli.Az bildirir ki, bu barədə "Malay Mail" məlumat yayıb.

İlkin araşdırma zamanı məlum olub ki, videonu yeddi aylıq qız anasının kiçik bacısı yayıb. Görüntülərdə ailə dostunun uşağı götürüb ağzına veyp qoyması görünüb. Video tez bir zamanda viral olub və çoxlu bəyənilməyən şərhlər alıb.

Uşağın anası şənbə günü, avqustun 6-da kişidən şikayət edib. Daha sonra o, Cohor-Baru şəhərinin Cinayət Axtarış İdarəsi tərəfindən həbs edilib. Polis həmin şəxsin 5 gün müddətinə həbs olunmasını təmin edib. Təqsirləndirilən şəxs uşağı fiziki və ya emosional zədə riskinə məruz qoymağı qadağan edən 2001-ci il Malayziya Uşaq Qanununa əsasən cəzalandırılacaq.

İrfan Vəliyev
Milli.Az