Qadın qatarın altına düşən anasını xilas etmək istəyib, onunla birlikdə ölüb

12 Avqust 2022 19:34

Rusiyada Moskva vilayətinin Ruzski şəhər rayonunda elektrik qatarı yüksək sürətlə iki qadını vurub.

Milli.Az bildirir ki, bu barədə "MK" məlumat yayıb.

Nəşrin məlumatına görə, 65 yaşlı təqaüdçü və onun 38 yaşlı qızı ərzaq mağazasına getmək üçün Dorohovo platformasından təxminən 300 metr aralıda dəmir yolunu səhv yerdən keçiblər. Bu zaman dinamikin bildirdiyi kimi, onlar tərəfdən qatar stansiyaya yaxınlaşmağa başlayıb. Sürücü qadınları görüb siqnal verib, lakin onlar hərəkətə davam ediblər. Nəticədə təqaüdçü büdrəyərək yıxılıb. Qabaqda gedən qız anasının yanına qaçsa da, ona kömək edə bilməyib və tam sürətlə sürətini azaltmağa vaxt tapmayan qatar hər iki rus qadınını vurub. Qadınlar hadisə yerində ölüblər.

Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İdarəsindən bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi ("Dəmir yolu nəqliyyatının hərəkəti təhlükəsizliyi və istismarı qaydalarını pozma") ilə cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az