Almaniyanın keçmiş kansleri Bundestaqı məhkəməyə verib

12 Avqust 2022 12:00

Almaniyanın keçmiş Kansleri Herhard Şröder Bundestaqı məhkəməyə verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, eks-kanslerin vəkili Mixael Naqel Şröderin bir hissəsi əlindən alınan imtiyazlarının geri qaytarılmasını tələb etdiyini bildirib. Belə ki, Bundestaqın Büdcə komitəsi Şröderin bürosuna və əməkdaşlarına ayrılan maliyyə vəsaitini dayandırıb, yalnız kanslerin aylıq təqaüdünü və şəxsi mühafizə hüququnu saxlayıb.

Şikayətin Berlin administrasiya məhkəməsində qeydə alındığı bildirilir.

Milli.Az