Sülhməramlılar Zaporojye AES-də yerləşdirilə bilərmi?

12 Avqust 2022 16:22

Zaporojye AES-də BMT sülhməramlılarının yerləşdirilməsi barədə müzakirələr aparılmır. Çünki tərəflər özləri bununla bağlı bütün məsələləri həll etməyə qadirdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Qeyd edək ki, son günlər Rusiya silahlı qüvvələri intensiv olaraq Zaporojye AES ərazisini atəşə tutur.

Milli.Az