Qadının evlənmə təklifinə “yox” deyən kişi cərimələnəcək - FOTO

12 Avqust 2022 16:00

Çadın Manqalma subprefekturasında evlilik təklifindən imtina edən sakinlər "amçilini" adlanan cəriməni ödəməlidirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli İslam Ali Şurası qərar verib.

Yeni qaydalardan birinə əsasən, qadın kişidən onunla evlənməyi xahiş edə bilər. Kişi razılaşarsa, 35 min Mərkəzi Afrika frankı (təxminən 93 manat), imtina edərsə 100 000 frank (265 manat) məbləğində sabit rüsum ödəməlidir.

Əksinə, evlilik təklifindən qadın imtina edərsə, 15 min frank (39 manat) məbləğində cərimə ödəməlidir. Qəsdən imtina edən qadın 25 min frank (66 manat) məbləğində cərimə ödəyəcək.

Milli.Az