Qorillalar gözətçiləri çağırmaq üçün yeni səs icad etdilər - VİDEO

12 Avqust 2022 16:37

Atlanta Zooparkındakı qorillalar gözətçiləri çağırmaq üçün yeni bir səs öyrəniblər. Bu özkürmə və ya asqırma səsinə bənzəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə primatların mürəkkəb vokal birləşmələri öyrənmək qabiliyyətini nümayiş etdirir.

Təcrübələr göstərir ki, heyvanlar bu səslərdən məqsədyönlü şəkildə istifadə edir. Yeni səs standart qorilla səs siqnallarından akustik cəhətdən fərqlənir.

Milli.Az