Məryəm Üzərli 1.8 milyon dollar qazandı

11 Avqust 2022 23:24

Aktrisa Məryəm Üzərlinin siması olduğu Rusiyanın məşhur kosmetika markasının reklam çəkilişlərindən elde etdiyi gəlir ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa reklamdan 1 milyon dollar (təxminən 1 milyon 700 min manat) qazanıb.

O, çəkilişdən görüntüləri şəxsi İnstaqram səhifəsində paylaşmaq üçün də 100 min dollar (təxminən 170 min manat)  qonorar alıb. Aktrisa ümumilikdə 1 milyon 870 min manat qazanıb.

Milli.Az