Şirvanda qəza ölümlə nəticələnib

11 Avqust 2022 22:08

Şirvanda baş verən qəzada bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri dəmir yolu stasiyasının çeşidləmə məntəqəsində baş verib.

"VAZ-2106" markalı avtomobilin aşması nəticəsində Şirvan rayon sakini, 2007-ci il təvəllüdlü Həsənov Emin Elvin oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az