Hindistanda gəmi çevrildi, xeyli sayda ölən var

11 Avqust 2022 21:27

Hindistanda göyərtəsində 30-a yaxın sərnişinin olduğu gəmi çevrilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, azı 20 nəfərin öldüyü bildirilir.

İnsident Hindistanın Uttar Pradeş ştatının Banda şəhərində Cumna çayında baş verib.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Milli.Az