"WhatsApp”da bunu edə bilməyəcəksiniz

11 Avqust 2022 21:16

"WhatsApp" növbəti yeniliyini istifadəçilərin ixtiyarına verməyə hazırlaşır.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Messencerin növbəti yeniliyində istifadəçilər onlara göndərilən 1 dəfə görülə bilinən foto və videoların ekran görüntüsünü çəkə bilməyəcək.

Sözügedən funskiya tezliklə "Android" və "iOS" sistemlərində çalışan bütün mobil cihazlarda əlçatan olacaq.

Milli.Az