"Qarabağ"a görə "Viktoriya"nın oyunu təxirə salındı

11 Avqust 2022 19:24

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya"nın Çexiya çempionatındakı oyunu təxirə salınıb.

Plzen təmsilçisi yerli futbol liqasına müraciət edərək 4-cü turda avqustun 20-də "Zbroyovka" ilə oynanılmalı olan matçın başqa vaxta keçirilməsini istəyib.

"Viktoriya"nın avqustun 16-da "Qarabağ"la Bakıda oyununun olmasını nəzərə alınaraq klubun müraciəti müsbət cavablandırılıb. Çempionat qarşılaşması üçün biletlərin satışı dərhal dayandırılıb.

Qeyd edək ki, "Viktoriya"nın "Qarabağ"la ilk oyunu avqustun 17-də Bakıda, cavab matçı isə avqustun 23-də Plzendə keçiriləcək.

Milli.Az