“Laçından sonra Xankəndi də boşaldılacaq” – Şok iddia

11 Avqust 2022 19:19

"Laçın şəhəri və Zabux kəndindəki ermənilərin çıxarılması Ermənistan dövləti səviyyəsində təşkil olunub".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Erməni nəşri aidiyyəti dövlət qurumlarına məxsus avtomobil və maşınların bütün günü yük daşıdıqlarını bildirib:

"Ailələrin çoxu Ermənistana, bəziləri isə Qarabağın digər ərazilərinə köçüb. Xankəndində bizə dedilər ki, Laçındakı ermənilərin yalnız 10-15 faizi Qarabağda qalmaq istəyini bildirib. Laçın və Qarabağın boşaldılması tapşırığının Nikol Paşinyandan gəldiyinə artıq şübhə yoxdur. Əks halda, çıxarılanlar Qarabağa köçürülməli idi, onlara seçim verilməzdi: Ermənistan, yoxsa Qarabağ.

Bu insanlar Ermənistana köçməyə üstünlük verirlər, çünki onlar düşünürlər ki, Xankəndi və Qarabağın digər yaşayış məntəqələri də nə vaxtsa Paşinyanın qərarı ilə boşaldılacaq".

Milli.Az