AzTV-nin əməkdaşı qəfil vəfat etdi

11 Avqust 2022 17:46

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Fariz Babayev 39 yaşında dünyasını dəyişib. 

Milli.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər. 

Faktı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, F. Babayev bir neçə gündür məzuniyyətdə idi. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil. 

Qeyd edək ki, F. Babayev AzTV-də operator vəzifəsində çalışırdı. Ailəli idi, bir övladı var. 

Milli.Az