Prezident Ofisi: "Krımda baş verənlər xəbərdarlıq kimi qəbul edilməlidir"

11 Avqust 2022 18:37

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Krım və Belarusda baş vermiş partlayışlara münasibət bildirib.

Milli.Az "report"a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Rusiyalı hərbçilər hərbi aerodromlarda baş verənləri xəbərdarlıq kimi qəbul etməlidirlər. Bu, o deməkdir ki, Ukraynanı unudun, hərbi formanızı çıxarın və ərazimizi tərk edib", - Podolyak bildirib.

O həmçinin qeyd edib ki, əks halda qarşı tərəf Krımda və Belarusda özlərini təhlükəsiz hiss edə bilməyəcəklər.

Milli.Az