Oqtay Əsədov: “Azərbaycan Prezidenti təbii fəlakətə məruz qalan rayonları bir-bir gəzir”

11 May 2010 13:02
Bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov bildirib. O, deyib ki, müvafiq qurumlar təbii fəlakəti aradan qaldırmaq üçün bütün sutkanı fasiləsiz işləyirlər.

Xatırladaq ki, son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan cıxması səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən jurnalistlərə bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.

/Trend/