Tapılan kartla alış-veriş edib, cəzalandırılıb

11 Avqust 2022 17:45

Rusiyada Moskvanın Tverskoy Məhkəməsi tapılmış kartla alış-veriş haqqını ödəyən qadını 1 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az bildirir ki, bu haqda məhkəmənin mətbuat xidməti xəbər verib.

Şöbədən verilən məlumata görə, cəza alan qadın yoldan keçən bir nəfərin itirdiyi bank kartını tapıb. Daha sonra o, pin kodu daxil etmədən ödəniş bir neçə mağazaya gedib tort, kolbasa, kürü və digər məhsullar alıb. Həmçinin o, başqasının pulu ilə maşına yanacaq doldurub, siqaret alıb.

Kartın sahibi polisə müraciət edərək kartı bloklayıb. Polis kart tapan qadını saxlayıb. O, günahını tamamilə etiraf edib və zərərçəkmişə dəymiş ziyanı ödəyib.

İrfan Vəliyev
Milli.Az