Avropada qazın qiyməti 2 210 dolları ötüb

11 Avqust 2022 16:45

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 210 ABŞ dollarını ötüb.

Milli.Az "APA-Economics"ə istinadən xəbər verir ki, 10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 211,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 8,6% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

Milli.Az