Rusiyalı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata saldı

11 Avqust 2022 17:52

Kalininqradda 44 yaşlı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata salıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ev sahibi qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinir.

2022-ci ilin may ayından iyun ayına qədər qadın General Karbışev sahilində yerləşən üç mərtəbəli evinə 650 əcnəbini qeydiyyata salıb. Hüquq-mühafizə orqanlarının yoxlaması nəticəsində məlum olub ki, sözügedən ünvanda qeydiyyatda olan vətəndaşların heç biri əslində orada yaşamırlar.

Rusiyalı qadına qarşı cinayət işi başlanıb. Onu üç ilə qədər həbs gözləyir.

Milli.Az