Moskva sakini ukraynalı qonşusundan polisə şikayət etdi

11 Avqust 2022 16:37

71 yaşlı Moskva sakini ukraynalı qonşusundan polisə şikayət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna Odessadan olan qadının digər qonşu ilə mübahisə etməsi səbəb olub.

Qadınlar Ukraynadakı müharibəni qızğın şəkildə müzakirə ediblər. Mübahisə iştirakçılarından biri Ukrayna Silahlı Qüvvələrinin Donbası geri qaytara biləcəyini deyib.

Təqaüdçü əvvəlcə bu sözlərə əhəmiyyət verməyib. Lakin sonradan qonşusunun sözlərini polisə çatdırmaq qərarına gəlib.

Milli.Az