Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

11 Avqust 2022 08:24

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə müğənni studiyada oxuduğu mahnı ilə bağlı anları instaqramda paylaşıb:

"Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu".

"Yada düşürsən" mahnısının bəstəkarı Fərid Kərimliyə məxsusdur. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə itafən yazılan sözləri qiraət edib.

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev I Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.

Milli.Az

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 

 

 
 
 
 
 
 
 
 
 

Публикация от Röya (@royaofficial)