İran Prezidenti ilə Paşinyanın telefon danışığı oldu

11 Avqust 2022 08:42

İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Rəisi üçtərəfli atəşkəs bəyanatının icrası və onun müddəalarına sadiq qalmağı, o cümlədən qalan məsələlərin dialoq və diplomatik həll yolu ilə həllinin Qafqazda sülh və təhlükəsizlik baxımından ən yaxşı yol olduğunu bildirib.

Milli.Az