Sabunçuda orta yaşlı piyadanı avtomobil vurub

11 Avqust 2022 08:50

Bakıda 33 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Kürdəxanı qəsəbəsində 1989-cu il təvəllüdlü Qorçuyev İsa Yusif oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az