Portuqaliyada yanğın milli parkın bir hissəsini məhv edib

11 Avqust 2022 08:58

Portuqaliyanın Serra de Estrela milli parkında 5 gündür davam edən meşə yanğınlarını nəzarət altına almaq mümkün olmur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dağlıq zonada yerləşən milli parkda yanğını söndürmək üçün mindən çox şəxsi heyət və texnika səfərbər olunub.

İlkin məlumata görə yanğın 3 min hektardan çox ərazini məhv edib, 4 yanğınsöndürıənin xəsarət almasına səbəb olub.

Milli.Az