Belarusda hərbi aerodromda partlayış səsləri eşidilib

11 Avqust 2022 08:38

Belarusun Zyabrovka hərbi aerodromunda bir neçə saat əvvəl partlayış səsləri eşidilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qomel vilayətində yerləşən aerodromda partlayış səsləri və güclü işıq müşahidə olunub. Ərazidə hərəkətlilik qeydə alınıb.

Milli.Az